Ukrayna Aİ-nin Belarusa qarşı sanksiyalarına qoşula bilərbackend

Ukrayna Aİ-nin Belarusa qarşı sanksiyalarına qoşula bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Avropa İttifaqının (Aİ) Belarusa qarşı tətbiq edəcəyi sanksiyalara qoşula bilər.

TİA.AZ-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba bu gün keçirilən brifinqdə deyib.

“Hələ ki, Avropa İttifaqının sanksiyalarını görməmişik, lakin biz Aİ-nin yanaşmasını dəstəkləyirik. Bu sanksiyaları gördükdən sonra öz nəticələrimizi çıxaracağıq”, – deyə ukraynalı nazir bildirib.

Nazir qeyd edib ki, Ukrayna Belarusdakı vəziyyətlə bağlı mövqeyini Aİ və ABŞ-la sinxronlaşdırır: “Biz Belarusun daxili işlərinə qarışmırıq, xalq öz inkişaf yolunu özü seçməlidir”.

Nazir Kuleba ölkəsinin Belarusda keçirilmiş Prezident seçkilərini tanıyıb-tanımamasına dair suala cavab verməyib.

“Seçkilərin nəticələri Belarus MSK tərəfindən elan edilib. Ancaq nəticələrdə əhəmiyyətli çatışmazlıqlar var idi ki, bu da seçki sahəsində standartlara cavab verməyib”, – deyə D. Kuleba əlavə edib.