Fidan Hacıyevanın “Gənc opera ulduzları” konserti keçirilib – FOTObackend

Fidan Hacıyevanın “Gənc opera ulduzları” konserti keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fidan Hacıyevanın birinci Beynəlxalq Opera Festivalı çərçivəsində Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasının səhnəsində “Gənc opera ulduzları” konserti keçirilib.

Xalq Artisti, dirijor Cavanşir Quliyevin rəhbərliyi altında Mezzo Kamera Orkestrinin müşayiəti ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin gənc istedadları və Xalq Artisti Fidan Hacıyeva çıxış ediblər. Axşamın maraqlı məqamlarından biri də xor kafedrasının dosenti Leyla Zalıyevanın rəhbərlik etdiyi Milli Konservatoriyanın xorunun 90 vokalçıdan ibarət iştirakı idi! Çıxışlar tamaşaçıların alqışları altında keçirilib, iştirakçılara fəxri diplomlar təqdim olunub. Gecənin aparıcısı teleaparıcı Saleh Bağırov olub. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı,dünya klassik musiqisinin inciləri səsləndiriləcəkdir.

Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı 27 aprel-3 may tarixlərində keçirilir. Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunacaq.