Kreml Paşinyanı devirməyə hazırlaşır – Politoloqbackend

Kreml Paşinyanı devirməyə hazırlaşır – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mediası, o cümlədən Kremlin nəzarətindəki saytlar və agentliklər Ermənistanın radikal müxalifətinə gen-bol informasiya dəstəyi verirlər. Bu media radikalların baş nazir Nikol Paşinyanı devirmək çağırışlarını və sərhəddəki insidentləri geniş şəkildə işıqlandırır və müxalifət nümayəndələrinin açıqlama və bəyanatlarını yayırlar. Bunu belə başa düşmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşma və sərhədlərin müəyyənləşməsi Kremlin maraqlarına ziddir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə politoloq Elxan Şahinoğlu çıxış edib. O hesab edir ki, Bakı ilə İrəvan arasında razılaşmalar Rusiyanın nəzarətindən kənarda – birbaşa danışıqlarda əldə edilir ki, bu da Kremlin üzrəyincə deyil:

“Kremlin narahatlığının səbəbi bəllidir. İki ölkə arasında sərhədlər müəyyənləşdikcə, Azərbaycan və Ermənistan sülh və ya çərçivə sazişinin imzalanmasına yaxınlaşırlar. Bu isə gələcəkdə Ermənistanda Rusiya hərbçilərinin varlığını sual altına qoyacaq. Nikol Paşinyan rusiyalı hərbçiləri hələlik Zvartnos hava limanından çıxarmaq istəyir, ancaq Türkiyə ilə razılaşma əldə edilərsə, bu ölkə ilə sərhəddə də rusiyalı hərbçilərə ehtiyac qalmayacaq. Kreml bu gedişata mane olmaq istəyir”.

Nigar