“Gürcüstan bu tarixdə Aİ-yə üzv olacaq” – İvanişvilibackend

“Gürcüstan bu tarixdə Aİ-yə üzv olacaq” – İvanişvili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri prezidenti Bidzina İvanişvili Gürcüstanın 2030-cu ildə Avropa Birliyinə üzv olacağını açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə Gürcüstanın milli televiziyası məlumat yayıb.

Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinqdə çıxış edən İvanişvilinin fikrincə, azad, müstəqil, suveren, vahid və inteqrasiya olunmuş Gürcüstan gürcülərin mütləq gerçəkləşəcək arzusudur.

Siyasətçi söz verib ki, ölkə bütün maneələri dəf edəcək, suverenliyi möhkəmləndirəcək, sülhü qoruyacaq, iqtisadiyyatı inkişaf etdirəcək və 2030-cu ildə Aİ-yə üzv olacaq.