“Bank Avrasiya”nın digər banklardakı depozitləri 4 milyon manata yaxın azalıbbackend

“Bank Avrasiya”nın digər banklardakı depozitləri 4 milyon manata yaxın azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bank Avrasiya” nın banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi 2024-cü ilin yanvar-mart aylarında 6 milyon 800 min manat olub.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 3 milyon 700 min manat, yaxud da 35,3% azdır .
2023-cü ilin sonunda bu göstərici 10 milyon 500 min manat təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında bankda fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 9% və ya 3,8 milyon manat artaraq 46 milyon 268 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 32,7% və ya 1 milyon 976 min manat azalaraq 4 milyon 58 min manat təşkil edib. Bankın ümumi depozit portfeli cari ilin ilk 3 ayında 3,8% və ya 1,8 milyon manat artaraq 50 milyon 327 min manata bərabər olub.
2024-cü ilin I rübündə “Bank Avrasiya”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,8% azalaraq 1 milyon 201 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 1 milyon 555 min manat xalis mənfəət əldə etmişdi.