Qazaxıstan prezidentinin Azərbaycan və Ermənistana səfərinin məqsədi bu olub – Politoloqbackend

Qazaxıstan prezidentinin Azərbaycan və Ermənistana səfərinin məqsədi bu olub – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Ermənistana vasitəçi lazım deyil, birbaşa danışıqlar müsbət nəticə verir. 30 il ərzində nə qədər vasitəçi oldu, heç biri işə yaramadı. Tərəflərin vasitəçiyə yox, görüş üçün məkana ehtiyacları var, onu da Qazaxıstan hakimiyyəti təqdim edir.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan politoloq Elxan Şahinoğlu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarovun “Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq” açıqlamasını faydalı hesab edir. Analitik bildirib ki, Azərbaycanla Ermənistanın vasitəçiyə ehtiyacı yoxdur:

“İki ölkə arasında birbaşa danışıqlar daha yaxşı nəticə verir. Qazaxıstan XİN nümayəndəsi Astananın təklifini “good offices” (yaxşı ofis) kimi qiymətləndirib. Qazaxıstan vasitəçi olmasa da, Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə edilməsini arzulayan əsas dövlətlərdəndir. Astana Bakı və Ankara qədər Zəngəzur dəhlizinin işə düşməsini istəyir. Bu dəhliz Qazaxıstanın da baş rol oynayacağı Orta dəhliz layihəsinin reallaşmasını sürətləndirəcək. Qazaxıstan prezidentinin qısa zaman kəsiyində Azərbaycana və Ermənistana səfərləri həm də bununla bağlı idi”.

Nigar