Acun Ilıcalı alacağı yeni klubu açıqladıbackend

Acun Ilıcalı alacağı yeni klubu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hall Siti”nin sahibi, məşhur teleaparıcı Acun Ilıcalı alacağı yeni klubu açıqlayıb.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, bu barədə bir müddətdir bu məsələ ilə məşğul olan Ilıcalı açıqlama verib.

Qeyd olunub ki, NK Maribor komandası kluba ciddi sərmayə qoymaq istəyən Acun Ilıcalı da daxil olmaqla potensial investorlarla danışıqlar aparır.

Sloveniya mətbuatına açıqlama verən Ilıcalı, “Sloveniyada hansı klubun bizə daha uyğun olduğunu araşdırdıqdan sonra bu klubun Maribor olduğuna qərar verdik. Keçən həftə Mariborda idim, şəhəri və stadionu çox bəyəndim”,-deyib.