Aybəniz Haşımova “Gənc opera ulduzları” konsertindən açıqlama verdi – FOTO,VİDEObackend

Aybəniz Haşımova “Gənc opera ulduzları” konsertindən açıqlama verdi – FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fidan Hacıyevanın birinci Beynəlxalq Opera Festivalı çərçivəsində Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasının səhnəsində “Gənc opera ulduzları” konserti keçirilib.

Çıxışlar tamaşaçıların alqışları altında keçirilib, iştirakçılara fəxri diplomlar təqdim olunub. Gecənin aparıcısı teleaparıcı Saleh Bağırov olub. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı,dünya klassik musiqisinin inciləri səsləndiriləcəkdir.

Qeyd edək ki, xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı 27 aprel-3 may tarixlərində keçirilir. Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunacaq.

Aybəniz Haşımova Tribunainfo.az-a açıqlamasında bildirib ki,”29 Aprel möhtəşəm gün oldu. Bu ölkəmizdə qızıl səslərin yarışacağı möhtəşəm musiqi bayramıdır. Fidan Hacıyeva adına 1 ci, Beynəlxalq Vokal festivalıdır. Gənclərə bu əvəzsiz günü Fidan xanım Hacıyeva bəxş ettdi. Sevindik, qürur duyduq, şad olduq, fəxr ettdik! Bütün təsisçisi olduğum Sənət Akademiyası adından sizi təbrik edirəm, sizə daha çox ugurlar arzulayıram. Yetirmələrimə isə demək istəyirəm ki, Allah başınızı ucadan uca etsin, siz ki, məni bu qədər sevindirirsiniz. Əziz tələbələrim Davud Nəsirli, Nərmin Nərimanlı ilə fəxr etdim. Festivalın sonunda bütün iştirakçılar laureatlar Sertifikatlarla təltif olundular”.