İsrail İran zabitini öldürdübackend

İsrail İran zabitini öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin kəşfiyyat xidmətləri İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Danimarkada yəhudilərə qarşı terror aktının hazırlanmasında iştirak edən zabitini məhv edib. Tribunainfo.az xəbər verir ki, bu sözləri müxalif İran Beynəlxalq telekanalının jurnalisti Pouria Zeraati deyib.

Məlumata görə, İHPK zabiti “bir neçə güllə” ilə öldürülüb. Telekanal əməliyyatın təfərrüatları, zərərsizləşdirilən şəxsin kimliyi, həmçinin onun nə vaxt və dəqiq harada öldürüldüyü barədə məlumat vermir. Zeraatinin qeyd etdiyi terror aktının qarşısı 2023-cü ilin dekabrında Şin Bet və Mossadın iştirakı ilə Danimarka kəşfiyyat xidmətləri tərəfindən alınıb. Daha sonra Danimarkada HƏMAS-ın əmri ilə hərəkət edən və yəhudiləri öldürə biləcək hücum planlaşdıran yeddi yaraqlının həbs edildiyi barədə xəbərlər yayıldı