Trampın arvadı 15 gündür ki, qeyb olub – ABŞ mediasıbackend

Trampın arvadı 15 gündür ki, qeyb olub – ABŞ mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın əməliyyatdan sonra 15 gündür ki, ictimaiyyət qarşısında görünməməsi media səhifələrində müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub.

Axar.az xəbər verir ki, Amerika mətbu orqanları iddia edir ki, ölkənin birinci xanımının səhhəti əməliyyatdan sonra daha da pisləşməyə doğru gedir.

 Ehtimal edilir ki, əməliyyat uğurlu olmayıb.

Lakin əməliyyatdan bir qədər sonra D.Tramp Melaniyanın uğurlu əməliyyat keçirdiyini jurnalistlərə açıqlamışdı.

Melaniyanın əməliyyat olunduğu xəstəxana da yaydığı açıqlama da, hər şeyin yolunda olduğunu vurğulamışdı.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı, ölkənin birinci xanımı Melaniya Tramp böyrəyindən əməliyyat olunmuşdu.