Rusiyada Su-25 qırıcısı qəzaya uğradıbackend

Rusiyada Su-25 qırıcısı qəzaya uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Rostov vilayətində Su-25 qırıcısının qəzaya uğradığı və pilotun öldüyü bildirilib.

TİA.AZ xəbər verir ki, bu haqda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat mərkəzi açıqlama yayıb.Su-25-in planlı təlim uçuşu edərkən qəzaya uğradığı vurğulanıb.

“Təyyarədə döyüş sursatı olmayıb və boş bir əraziyə düşüb. Heç bir yerdə dağıntı yoxdur”, – deyə açıqlamada qeyd olunub.

Təyyarənin texniki nasazlıqla qəzaya uğradığı, Rusiya Hava-Kosmik Qüvvələrinin komissiyasının qəza yerində araşdırma apardığı bildirilib.

Qeyd edək ki, ötən həftə də Rusiyanın Ukrayna ilə sərhəd bölgəsində təlim uçuşu zamanı Rusiyanın Su-25 qırıcısı qəzaya uğrayıb.