Ət bahalaşdı – Bu qiymətə alacaqsınız-VİDEObackend

Ət bahalaşdı – Bu qiymətə alacaqsınız-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mal əti bu gündən 1 manat bahalaşdı. Sabahdan demək olar ki, hər yerdə 12 manata təklif ediləcək”

Bu sözləri “Yeni Günəşli” qəsəbəsində fəaliyyət göstərən qəssablar   deyiblər.Onların sözlərinə görə, 11 manata olan mal əti, sabahdan piştaxtalarda 12 manata təklif ediləcək. Hətta ətin bundan sonra da bahalaşacağı anonsunu verdilər.

Satıcılar bu bahalaşmanı heyvan yemlərinin və ot bağlamalarının bahalığı ilə əlaqləndirdi: ” Bizdən asılı səbəb deyil. Bu gündən artıq rayonlarda ətin kiloqramı 11 manata qalxdı. Biz qəssablar heyvanı

Bakı alverçilərindən götürürük. Onlar da ətin bahalaşdığını bildirdilər. Bərdə, Beyləqan, Ağcəbədi zonalarında dünəndən ət bahalaşıb”.

Sitat.info-nun əməkdaşı bahalaşma xəbərini dəqiqləşdirmək üçün Bərdə rayonunda qəssablarla və heyvan alverçilərlə əlaqə saxlayıb.

Onlar da bahalaşma xəbərini təsdiqləyib, səbəbini isə belə izah ediblər: “Bir neçə gün idi ki, bahalaşma xəbərinin eşdirdik. Dünəndən yeni kəsim heyvanların qiyməti bahalaşdı.

Bərdənin heyvan bazarında da bahalaşma müşahidə olunub. Həftənin 4-cü günü təşkil olunan bazarda kəsimlik heyvanlar bahalaşıb. Bunun əsas səbəbi də heyvan yemlərinin və otlaq sahələrinin azlığıdır. Sahələr susuzluqdan yanır. Otlaq sahələrin yerini pambıq sahələri tutdu. Pambıq müəyyən qədər gəlirli sahə olduğu üçün kəndli yonca əkmədi. Yonca və təbii ot bağlamaları isə günü-gündən bahalaşır. İlin bu günündə bir bağlama ot 3-4 manatdır”.