“Vay, Azərbaycan 50 metr məsafədədir” deməməliyik – Paşinyanbackend

“Vay, Azərbaycan 50 metr məsafədədir” deməməliyik – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Son 30 il ərzində biz regionda xaos şəraitində yaşamışıq. Buna son qoymağın, təkcə ölkəmizdə deyil, həm də regionda qanunun aliliyini bərqərar etməyin vaxtı çatıb”.
Bakupost.az xəbər verir ki, bunu bir gün əvvəl Tavuş vilayətinin sərhəd yaşayış məntəqələrinin sakinləri ilə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Mən hesab edirəm ki, “vay, Azərbaycan 50 metr məsafədədir” yox, “nə yaxşı, Azərbaycan 50 metr aralıdadır, biz orada alver edəcəyik, iqtisadiyyat quracağıq” demək lazımdır. İndi mənə deyə bilərsiniz ki, bunun baş verəcəyinə 100 faiz zəmanət verirsənmi? Mən də deyirəm ki, 100 faiz zəmanət vermirəm, amma bilirəm ki, biz addım-addım 90 faiz və daha çox nəticə əldə edəcəyik. Ancaq bu addımlar atılmasa, bölgədə növbəti partlayışın olacağına zəmanət verirəm”, – Paşinyan deyib.
Ermənistanın baş naziri Azərbaycanla sərhəd məsələsinin mütləq çözülməli olduğunu vurğulayıb: “Hüquq, qanun, sərhəd var, gedib bu sərhəddə dayanacağıq. Bu xətt üzərində dayansaq, bugünkündən 100 dəfə güclü olacağıq. Söhbət qarşılıqlı güzəştlərdən getmir, söhbət Ermənistanı bir dövlət kimi 100 dəfə gücləndirməkdən gedir”, – Paşinyan bildirib.