Qonaqdan 120 avro “millət fərqi” alan hotel cəzalandırıldı – FOTObackend

Qonaqdan 120 avro “millət fərqi” alan hotel cəzalandırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hökuməti Antalyada beşulduzlu hoteli cərimələyib.

Tribunainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hotel “milli fərqi”ni əsas gətirməklə qonaqdan qanunsuz olaraq 120 avro əlavə ödəniş alıb.

Türkiyənin turizm naziri Mehmet Nuri Ərsoy bu faktın araşdırıldığını bildirib: “Qonaq sifarişi təsdiqlədikdən sonra “millət fərqi” bəhanəsi ilə haqsız yerə 120 avroluq fərq aldığı üçün hotel sahibi olan şirkətə 54,694 lirə (1,690 ABŞ dolları) inzibati cərimə kəsilib”.

O qeyd edib ki, qanunsuz rüsum zərərçəkənə qaytarılıb və “Limak Lara Deluxe” hotelinin rəhbərliyi baş vermiş hadisəyə görə rəsmi olaraq üzr istəyib.

Bundan əvvəl Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin qonaqlardan “millət fərqi” adlı rüsum olaraq əlavə 120 avro tələb edən “Limak” hoteli ilə bağlı araşdırmalara başladığı bildirilmişdi. Hotel rəhbərliyi bunu Türkiyə vətəndaşının türk internet saytından deyil, xarici ölkədən otaq bron etməsi ilə əsaslandırıb.