“Gəncə Memorial Hospital” cərimələndibackend

“Gəncə Memorial Hospital” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gəncə Memorial Hospital”da yoxlama zamanı bəzi nöqsanlar aşkar edilib.

Tribunainfo.az xəbər verir ki, hospitalın İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozduğu məlum olub. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Əmək müqaviləsiz işçi işlədən hospitalla bağlı işə 24 may tarixində Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə baxılacaq.

Nigar