6 yaşlı uşaq atasının silahından açılan güllə ilə yaralanıbbackend

6 yaşlı uşaq atasının silahından açılan güllə ilə yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çorumun Ayaz kəndində yaşayan ata sənədsiz silahı ilə oynayarkən tapançadan atəş açılaraq yaxınlıqdakı 6 yaşlı qızı yaralanıb.
Tribunainfo.az Haberler-ə istinadən bildirir ki, yaralı uşaq xəstəxanaya aparılarkən, ata polis və jandarmadan qaçıb.

Xəbər verildikdən sonra kəndə tibb qrupları sövq edilib. Yaralı uşaq sağlamlıq qruplarının müdaxiləsindən sonra Hitit Universiteti Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Xəstəxanaya gələn ata O.Ç. növbətçi polis və jandarmları görərək maşınına tərəf gedib. Avtomobilini işə salan O.Ç polis və jandarmın dayan xəbərdarlığına baxmayaraq xəstəxananın dayanacağından təhlükəli şəkildə qaçıb. O.Ç-nin tutulması üçün istintaq başladılıb.