İki ölkə qırğına çıxdıbackend

İki ölkə qırğına çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya ilə Argentina arasında bir müddətdir davam edən diplomatik böhran Argentina prezidenti Mileinin sözləri ilə daha da böyüyüb. Tribunainfo.az Habertürk-ə istinadən xəbər verir ki, Milei İspaniyanın baş naziri Sançesin həyat yoldaşını hədəf aldıqdan sonra İspaniyanın Argentinadan üzr istəməsini tələb edib.

Argentina prezidenti Xavyer Mileinin İspaniyanın baş naziri Pedro Sançesi hədəf alan açıqlamaları ilə başlayan və İspaniyanın Buenos Ayres səfirini məsləhətləşmələr üçün mərkəzə çağırması ilə böyüyən İspaniya-Argentina diplomatik böhranında tərəflər geri addım atmır.

O, birbaşa olaraq heç kimin adını çəkməsə də, Miley İspaniyanın baş nazirinin həyat yoldaşı Beqona Qomezin “korrupsioner” olduğunu bildirib.