İranda prezidentliyə kimlər namizəd olacaq? –İlkin siyahıbackend

İranda prezidentliyə kimlər namizəd olacaq? –İlkin siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran iyunun 28-də yeni prezidentini seçmək üçün hazırlıqlara başlayıb. Artıq ölkənin ali dini lideri Əli Xamineyi bununla bağlı sərəncam imzalayıb. Mayın 28-dən etibarə isə namizədliyin irəli sürülməsi prosesi start götürəcək.

Tribunainfo.az xəbər verir ki, hazırda İranda müzakirə olunan məsələlərdən biri də prezidentliyə nazmidələrin kim olacağıdır. Və ya molla rejimi hökumətin başına kimi gətirmək istəyir?

“Əndişe Masazaran” Analitik Mərkəzi bununla bağlı ilk ehtimallarını dərc edib. Həmin siyahının başında SEPAH-ın komandan müavini, SEPAH-ın quru qoşunları komandanı kimi çalışmış, hazırda isə  Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani dayanır.

Şəmxani hərbçidir, eyni zamanda siyasət ustalarından biri sayılır. Ultra sağın əsas nümayəndələrindən biri hesab olunur. İranın dini lideri Əli Xamineyinin yaxın adamlarından sayılır. O, hələ əvvəllər də prezidentliyə namizəd olmuşdu. 2001-ci il seçkilərində o, Məhəmməd Hatəmiyə uduzub.

İkinci namizəd isə Əbül Naser Himmətidir. İslahatçıların əsas simalarından biridir. İqtisadçıdır. Bir müddət İran Mərkəzi Bankının rəhbəri olub. Hazırda Tehran Universitetinin İqtisadiyyat fakültəsinin müəllimidir, professordur.

Üçüncü namizəd kimi, hal hazırda prezidentin səlahiyyətlərini icra edən Məhəmməd Moxbar Dezfulidir. Bu şəxs ultra sağın əsas simalarından biri sayılır. Xamineyinin yaxın adamıdır.

Dördüncü namizəd isə Möhsen Rezayi Mirqaiddir. Hərbçidir, prinsipial siyasətçi kimi xarakterizə olunur. Hazırda Məqsəd Şurasının üzvü, Səlahiyyət Başçılarının Ali İqtisadi Koordinasiya Şurasının katibidir.

Qeyd edək ki, bu namizədlərdən yalnız biri, Himməti əks qanadın nümayəndəsidir. Digərləri isə son zamanlar İran rejimini ələ almış ultra sağçılardır ki, onların hakimiyyət başına gəlmələri İran üçün yaxşı perspektiv vəd etməyə bilər. Çünki ultra sağçılar məsələlərin diplomatik yolla həllinə tərəfdar deyillər.