Təhsil ocağını diskotekaya çevirən direktor işdən azad edildibackend

Təhsil ocağını diskotekaya çevirən direktor işdən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru işdən azad edilib.

Tribunainfo.az  xəbər verir ki, bununla bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.

“Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib”.

Qeyd edək ki, Ağstafanın Yenigün kənd orta məktəbinin kollektivi təhsil ocağının direktorundan narazı olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, dörd ildir məktəbə rəhbərlik edən Tamella Bayramova məktəbi diskotekaya çevirib, şagirdlərlə və müəllimlərlə çox kobud rəftar edib.