Əli Əliyev deputatlığa namizəd olacaq? – Özü danışdıbackend

Əli Əliyev deputatlığa namizəd olacaq? – Özü danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Seçki qanunvericiliyinə görə, bu ilin noyabr ayının ilk bazar günündə Parlament seçkiləri keçirilməlidir. Lakin noyabr ayında Bakıda COP29 keçiriləcək. Məhz bu beynəlxalq tədbirə görə Parlament seçkiləri qabağa çəkilə bilər. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib.
Tribunainfo.az xəbər verir ki, Modern.az özünü buraxmış partiyaların sədrlərinin namizəd olub-olmayacağını araşdırmaq məqsədilə artıq fəaliyyətini dayandıran Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə əlaqə saxlayıb
Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası 2023-cü ildə fəaliyyətini dayandırıb. Partiyanın sədri Əli ƏIiyev 9 dekabr 2021-ci il tarixində Qaraheybət aviasiya poliqonunda helikopter qəzası haqqında helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində fikirlər və iddialar səsləndirib. Qəzada yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi məhkəməyə verərək ona qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər. Şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib. 13 yanvar 2021 tarixində Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında Əli Əliyevə 5 ay həbs cəzası verilib. Siyasətçi 8 may 2023-cü ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.
Əli Əliyev hazırda səhhəti ilə bağlı məsələlərlə məşğul olduğunu bildirib.
“Səhhətimlə bağlı məsələlərlə məşğulam. Şükür Allaha hazırda ciddi bir şey yoxdur. Səhhətim bərpa olunur”.
Ə.Əliyev məhz bu səbəbdən parlament seçkilərinin onu hələlik maraqlandırmadığını deyib.