Keçmiş nazir hərbçiləri itaətsizliyə çağırdı: “Əmrlərə tabe olmayın, mübarizəyə hazırlaşın”backend

Keçmiş nazir hərbçiləri itaətsizliyə çağırdı: “Əmrlərə tabe olmayın, mübarizəyə hazırlaşın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delmitasiyası üçün əldə olunmuş razılaşmadan sonra erməni siyasətçilər buna qarşı çıxmağa başlayıb. 4 kəndin qaytarılması, yeni sərhəd dirəklərinin quraşdırılması və nəhayət, sərhəd xidmətlərinin fəaliyyətə başlaması Ermənistanda çoxlarını narahat edib.

Onların arasında Ermənistanın sabiq müdafiə naziri, “Ümumerməni Cəbhəsi” hərəkatı yaratmış Arşak Karapetyan da var. Tribunainfo.az xəbər verir ki, Güney kəndində (Kirants) baş verənlərə münasibət bildirən Karapetyan bildirib ki, orada qoşunların geri çəkilməsi barədə yazılı əmr verilib. “Mən bilirəm ki, yüksək rütbəli generalın imzaladığı yazılı əmr var ki, o istiqamətdən geri çəkilsin. Onun hərəkəti şərəfsizlikdir”.

Amma keçmiş nazir bununla yetinməyib və sərhəddə xidmət edən əsgər və zabitlərə də müraciət edib. O deyib ki, hazırkı komandanlığın verdiyi əmrləri icra etməkdən boyun qaçırsınlar. “Zabitlərimizə müraciət edərək xatırlatmaq istəyirəm ki, xidmət zamanı müvafiq əsasnamələrə arxalanırıq. Zabit şərəfi üçün lazım gələrsə canımızı verməyə, vətənimiz üçün lazım gələrsə, ölməyə də borcluyuq. Şərəfimizi qorumaq və qalib gəlmək üçün hər şeyi etməliyik. Siz verilən hər əmri icra etməyin”.

Karapetyan daha sonra deyib ki, məğlub olan ordular mübarizə aparmalıdır. “Məğlub olanlar ya mübarizə aparıb, güclənməli və əvvəlki gücünü qaytarmalıdır. Ya da susaraq, məhv olmalıdırlar. Siz susmayın, güclənin və mübarizəyə hazırlaşın”.