“Premium Bank”ın depozit portfeli 65 milyon azalıbbackend

“Premium Bank”ın depozit portfeli 65 milyon azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müştərilər tərəfindən “Premium Bank” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübündə fiziki şəxslərin “Premium Bank”dakı depozitləri 3,9% və ya 13,3 milyon manat, hüquqi şəxslərin bankdakı depozitləri isə 36,5% və ya 51,3 milyon  manat azalıb.
Məlumat üçün bildirək ki, “Premium Bank”ın əsas səhmdarı ötən il AZAL-ın prezidenti vəzifəsindən azad olunan Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. 1994-cü ildə “AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə “Bank Silk Way” ASC, hazırda isə “Premium Bank” ASC adlanan bankın səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.