Zelenski hərbi yardımların Ukraynaya kifayət etmədiyini bildiribbackend

Zelenski hərbi yardımların Ukraynaya kifayət etmədiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin təsdiq etdiyi hərbi paket çərçivəsində yardım artıq Ukraynaya gəlməyə başlayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Zelenski konkret nəyin gəldiyini açıqlamayıb.

 

“Ancaq təəssüf ki, hər şey ordumuzu və müvafiq sayda briqadaları təmin etmək üçün kifayət deyil”, – Zelenski vurğulayıb.

O, təhlükəsizlik sazişlərinin imzalanmasının vacibliyindən də danışıb və əlavə edib ki, təhlükəsizliyi təmin edən sənədlər həqiqətən onlara çox kömək edir.