backend

Kirkorov Bakıda 250 minlik otaqda qalıb – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın NTV kanalı müğənni Filipp Kirkorovun Bakı səfəri ilə bağlı sujet hazırlayıb. 

Rusiyanın NTV kanalı müğənni Filipp Kirkorovun Bakı səfəri ilə bağlı sujet hazırlayıb.

TİA.AZ xəbər verir ki, “Ты не поверишь!” adlı verilişdə sənətçini otelə gedəndə polislərin müşayiət etdiyi, təşkilatçıların ona lüks şərait yaratdığı xüsusi vurğulanıb.

Bildirilib ki, Bakıda gecəsi 250 min rubl ( 7 min 100 AZN) olan beşulduzlu otelin 5 otaqlı dairəsi müğənni üçün ayrılıb.

İfaçının otağı bahalı italyan mebelleri ilə döşənib, iş kabineti, 12 nəfərlik yemək zalı, çox böyük mətbəxi, saunası, kiçik kinoteatrı var.

“Burada hər şey kristaldır. Heç evimdə iş otağım belə yoxdur”- deyə müğənni bildirib.

Xatırladaq ki, Kirkorov dekabrın 10-da “Baku Crystal Hall”da konsert vermişdi.