DYP bu dövlət qurumunu CƏRİMƏLƏDİbackend

DYP bu dövlət qurumunu CƏRİMƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Yol Polisi (DYP) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini cərimələyib.

Unikal.org-un məlumatına görə, tərtib edilən protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.