KFC, boykot səbəbilə bu ölkədəki 108 filialını  bağladıbackend

KFC, boykot səbəbilə bu ölkədəki 108 filialını bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın KFC restoranlar şəbəkəsi İsrailin Qəzzaya hücumlarına reaksiya vermək və Fələstin xalqını dəstəkləmək üçün başlatdığı boykotdan sonra Malayziyadakı 108 filialını müvəqqəti olaraq bağlayıb.

Tribunainfo.az Sözçü-yə istinadən xəbər verir ki, Strait Times qəzetinin məlumatına görə, KFC Malayziyadakı fəaliyyətinin əhəmiyyətli hissəsini dayandırıb.

Çinin Nanyang Siang Pau qəzetinin Google Maps-ə əsaslanaraq dərc etdiyi məlumata görə, Malayziyada KFC-nin sahibi və fəaliyyət göstərən QSR Brands ölkə daxilində 108 filialında fəaliyyətini müvəqqəti dayandırıb.

Paytaxt Kuala Lumpurun Jalan İpoh, Jalan Sultan və TÜM Melavati bölgələrində KFC filialları bağlanıb. Əməkdaşlar qeyd ediblər ki, son bir həftədir filiallar müştəri çatışmazlığı səbəbindən bağlanıb.