Deputatdan etiraz: “İşsizlik artıb, iş yerləri barədə saxta statistika verənlər cəzalandırılmalıdır”backend

Deputatdan etiraz: “İşsizlik artıb, iş yerləri barədə saxta statistika verənlər cəzalandırılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Tələbənin nə vaxt işə düzəlmə məsələsini həll etmək üçün saxta iş yerlərinin açılmasına son qoymaq lazımdır. Kim sözügedən iş yerlərinin açılmasının statistikasını verirsə, mütləq cəzalananların siyahısına salınmalıdır. Çünki xalqımız bundan böyük əziyyət çəkir”.
TİA.AZ xəbər verir ki, bu sözləri “İşgüzar səhər” verilişinə dəvət olunan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib. Tələbələrə təhsil kreditlərinin verilməsindən danışan deputat onların ali məktəbi bitirdikdən sonra işə düzələrkən qarşılaşdığı problemlərə də toxunub:

“Notariat qaydada təsdiqlənən sənəddə qanuna əsasən, həmin gənc işə düzələrkən onun əməkhaqısının 20%-i təhsil krediti üçün tutulacaq. Burada qaranlıq qalan məsələ isə odur ki, nə vaxt işə düzələcək? Buna görə də iş yerləri barədə saxta statistika verənlər cəzalandırılmalıdır. Bölgələrimizdə, rayon mərkəzlərində işsizlik baş alıb gedir. Belə bir vəziyyətdə məmurlar deyir ki, əhalinin güzəranı daha da yaxşılaşır. İşsizlərin sayı azalır”.
Ətraflı videoda: