“A-Qroup” sığorta şirkəti cərimələndibackend

“A-Qroup” sığorta şirkəti cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“A-Qroup” sığorta şirkətinə cərimə kəsilib.

Tribunainfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə şirkət üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“A-Qroup” sığorta şirkətinin işinə 8 may tarixində Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Nigar