8 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı cinayət işi açıldıbackend

8 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda 8 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlandı. İstintaq hərəkətləri davam etdirilir.