Yunanıstanın baş nazirindən Türkiyə ilə bağlı AÇIQLAMAbackend

Yunanıstanın baş nazirindən Türkiyə ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis, Avropa İttifaqının (AB) Türkiyə ilə əlaqələrə dair indiyə qədər qəbul etdiyi qərarlardan məmnun olduqlarını ifadə edərək, “Bu qərarlar AB-Türkiyə münasibətlərində irəliləyiş əldə edilə biləcəyi gerçəyini tanıyır”,- deyib.

Tribunainfo.az Habertürk-ə istinadən xəbər verir ki, Kipr Rum Administrasiyasının rəhbəri Nikos Christodoulides də Brüsseldə keçiriləcək sammitdə Türkiyə-Avropa İttifaqı münasibətləri ilə bağlı strateji toplantının keçiriləcəyini bildirib.

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi girişində verdiyi açıqlamada, sammitdə həm xarici siyasət, həm də birlik iqtisadiyyatı ilə bağlı məsələlərin müzakirə ediləcəyinə diqqət çəkib.