Quru sərhədlər Rusiya və İrana görə açılmır? – Maraqlı cavabbackend

Quru sərhədlər Rusiya və İrana görə açılmır? – Maraqlı cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi söhbətlər gəzir ki, bölgəmizdə böyük müharibə olsa, İran ciddi zərbələr alsa, cənubdan böyük köç dalğası ola bilər, quru sərhədləri məhz ona görə bağlı saxlayıblar – məntiqsiz yanaşmadır. Müharibədən qaçanlara istənilən ölkə sərhədlərini açmalıdır, BMT qərarları, beynəlxalq hüquq var, necə təsəvvür etmək olar ki, İrandan qaçanlara, məsələn, Ermənsitan sərhədini açıb sığınacaq verir, qardaş

Türkiyə bu addımı atır, amma Azərbaycan deyir ki, yox, bizdə “pandemiyadır”, karantin rejimidir, ona görə sərhəd bağlıdır – özü də gələnlər Cənublu qardaşlarımız, soydaşlarımız olsa qapılar açılmalıdır”.
Tribunainfo.az məlumat verir ki, iqtisadçı Natiq Cəfərli bu arqumenti səsləndirib. Onun sözlərinə görə, “sərhəd ona görə bağlıdır ki, Rusiyadan müharibədən qaçanlar gəlməsin, İran vurulsa insan axınının qarşısı alınsın”, tezisi, yumşaq desək, yarımçıqdır, inandırıcı və məntiqli deyil.

Roman