“Qeyri-neft ixracının rəqəmlərini şişirdirlər” – Natiq Cəfərlibackend

“Qeyri-neft ixracının rəqəmlərini şişirdirlər” – Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumətin iqtisadi komandası qeyri-neft ixracının rəqəmlərini şişirdir, məsələn, elektrik enerjisi ixracını qeyri-neft ixracı kimi təqdim edirlər. Halbuki dünyada neft və qeyri-neft iqtisadiyyatı anlayışı yoxdur, resurs və qeyri-resurs iqtisadiyyatı anlayışı var.

Tribunainfo.az yazır ki, bu fikirlərlə iqtisadçı Natiq Cəfərli çıxış edib. O bildirib ki, keçən il, 2023-cü ilin ilk 3 ayında (yanvar-mart) hökumət rəsmi rəqəmlərlə elan etdi ki, ölkənin qeyri-neft ixracı 831 mln. dollar olub, bu ilin, yəni 2024-cü ilin eyni dövründə isə qeyri-neft ixracı cəmi 608 mln. dollar təşkil edib – eyni dövrlə müqaisədə 223 mln. dollarlıq ciddi bir azalma var:

“Çıxıb deyə bilmirlər ki, biz elektrik enerjisinin satışını sevincək olub qeyri-neft kimi təsnifata saldıq, 2023-cü ilin ilk 3 ayında 281 mln. dollarlıq elektrik enerjisi ixrac etmişdik, amma bu ilin ilk 3 ayında isə cəmi 40 mln. dollarlıq elektrik enerjisi ixrac edilib – 241 mln. dollarlıq azalma var.

İndi iqtisadi komanda necə desin ki, təqdim etdikləri qeyri-neft sektorunun ixracı azalıb, yaxşı, bunu da keçdim, bəs kimsə çıxıb elektrik enerjisi istehsalı və ixracının nədən kəskin azaldığını izah edəcəkmi?! Heç biri olmayacaq, çünki nə deməyə sözləri, nə də vətəndaşa nəsə izah etməyə ehtiyacları var”.

Nigar