Bakının mərkəzində üç ilə tikilən hotel üç günə söküldü (VİDEO)backend

Bakının mərkəzində üç ilə tikilən hotel üç günə söküldü (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının mərkəzində, Səbail rayonunda üç ildir ki, tikilən binanın söküntüsünə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, tavanından zirzəmisinədək sökülən binanın tikintisinə üç il əvvəl başlanılıb. Lakin sonradan sənədlərinin qaydasında olmadığı üzə çıxıb. Buna görə də, Bibiheybət məscidinin yaxınlığında aparılan söküntü işlərinə bir neçə gündür başlanılıb və sürətlə davam edir.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, hazırda söküntüsü icra olunan binanın yerində əvvəlcə üçmərtəbəli yaşayış binası olub. Sonra sakinlər buradan köçürülüb və köhnə binanın yerində müasir üslubda otel tikintisinə başlanılıb. Onlar iddia edirlər ki, tikinti normaları pozulub.
Məsələ ilə bağlı Baki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən binanın söküntüsü Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin, həmçinin digər aidiyyəti qurumların müraciəti əsasında aparılır. Qeyd olunub ki, bina sürüşmə zonasında bir müddət öncə qanunsuz olaraq inşa edilib. Sürüşmə riskini artırdığından onun ən qısa zamanda sökülməsi təmin edilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, orada özbaşına tikinti faktı aşkar edilib. Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından tikinti işləri dayandırılıb və söküntü işlərinə başlanılıb.