Sülh və çərçivə sazişinin imzalanmasına az qalıb – Politoloqbackend

Sülh və çərçivə sazişinin imzalanmasına az qalıb – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Ermənistan arasında dialoq müxtəlif səviyyələrdə intensivləşib. İki ölkənin lideri prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında, o cümlədən xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanla yanaşı parlament sədrlərinin görüşləri də artmaqdadır. Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova ilə Alen Simonyan arasında növbəti görüş mayın 16-da Cenevrədə gerçəkləşəcək. Bundan əvvəl parlament sədrləri martın 22-də eyni şəhərdə görüşmüşdülər. Bu görüşlər sülh və çərçivə sazişinin imzalanması tarixini yaxınlaşdırır.

Tribunainfo.az yazır ki, bu barədə danışan politoloq Elxan Şahinoğlunun fikrincə, görüşlərin intensivləşməsinin başqa bir əhəmiyyəti də var, ortam yumşalır, tərəflər bir-birlərinə qarşı sərt ritorikadan çəkinməyə başlayıblar:

“Qarşımızda Türkiyə-Yunanıstan münasibətləri örnəyi var. İki ölkə arasında mübahisə yaradan mövzulara baxmayaraq, Ankara ilə Atina mübahisələri dərinləşdirmək və bununla qarşıdurmanı gücləndirmək əvəzinə ortaq nöqtələr tapmağa imkan verən siyasətə üstünlük verməyə başlayıblar”.

Nigar