202 nəfəri aldadan vəzifəli qadın həbs edildibackend

202 nəfəri aldadan vəzifəli qadın həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində 202 nəfərə 498 175 manat zərər vuran şəxs saxlanılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, artıq vətəndaş həbs edilib, polis tərəfindən istintaq aparılır.

“Zərərçəkmişlərin böyük əksəriyyətinə sosial şəbəkə vasitəsilə Avion Travel MMC-nin direktoru Lalə Rəcəbova yalan vədlər verməklə viza məsələlərini həll edəcəyinə söz verib, sənədlərini qəbul edib. Onun əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, polisə müraciət edə bilərlər”, – deyə məlumatda qeyd olunub.