QUR-un dronları Rostov yaxınlığındakı yanacaq anbarını vurdu – Mənbəbackend

QUR-un dronları Rostov yaxınlığındakı yanacaq anbarını vurdu – Mənbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çərşənbə günü, mayın 15-nə keçən gecə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) Rostov vilayətinin Proletarski rayonunda Rusiyanın yanacaq bazasının məhv edilməsi üzrə uğurlu xüsusi əməliyyat keçirib.
Tribunainfo.az xəbər verir ki, UNİAN-ın xüsusi xidmət orqanlarındakı mənbələrinə görə, yanacaq bazasının məhv edilməsi əməliyyatı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mütəxəssisləri tərəfindən təşkil olunub. Obyekt hərbi məqsədlər üçün istifadə olunub.
“Qondarma “qubernator” Vasili Qolubevin bildirdiyinə görə, neft bazası ərazisində iki partlayış baş verib, daha sonra şahidlərin sözlərinə görə, Rusiya hakimiyyəti yanğın faktını inkar etsə də, obyektdə yanğın başlayıb”, – mənbə bildirib.
Baş Kəşfiyyat İdarəsində həmsöhbət onu da qeyd edib ki, fövqəladə hallar hələ də yanğının öhdəsindən gələ bilmir və obyektdə yanğın davam edir.