“Nur Sağlamlıq Mərkəzi”ni cərimələdilərbackend

“Nur Sağlamlıq Mərkəzi”ni cərimələdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nur Sağlamlıq Mərkəzi” ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, sağlamlıq mərkəzi İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. Maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Sağlamlıq mərkəzi ilə bağlı işə 23 may tarixində Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Nigar