Rusiyanın Ukraynada hərbi uğuru nə ilə nəticələnəcək? – Şərhbackend

Rusiyanın Ukraynada hərbi uğuru nə ilə nəticələnəcək? – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynada cəbhə xəttində taktiki uğurlar əldə etməkdədir. Ancaq bu, Rusiyanın Ukraynada tam qalib gəlməsinə gətirib çıxarmayacaq. Bu kollektiv Qərbin Rusiya qarşısında strateji məğlubiyyəti ola bilər. Rusiya Şərqi Avropanı nəzarətə götürməklə, NATO varlığını sual altına qoya bilər. Ona görə də ABŞ Ukraynaya ayırdığı hərbi yardımları daha da artıracaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki, Avropa ölkələri, xüsusilə Fransa Ukraynaya qoşun göndərə bilər:

“ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfər edib. Ukraynaya hərbi yardımlar intensivləşəcəyi gözlənilir. Qeyd edim ki, müharibənin ilk ayında Rusiya Kiyevə yaxınlaşmışdı. Kiyevə desantlar atmışdı. Nəticəsi isə Rusiya üçün ağır oldu. Hazırda Rusiya da ordusunu gücləndirib. Müdafiə sənayesini inkişaf etdirib. Qərbdə müharibə şəraitinə keçir. Növbəti hərbi qarşıdurma həlledici olacaq və müharibənin taleyini həll etməsi baxımından əhəmiyyətli olacaq”.

Nigar