Psixoloqdan valideynlərə MÜHÜM çağırış: Uşaqlarınıza bunları etməsəniz…backend

Psixoloqdan valideynlərə MÜHÜM çağırış: Uşaqlarınıza bunları etməsəniz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Psixoloq Ülviyyə Murtuzova uşaqlarla bağlı mühüm məsələyə toxunub. Tribunainfo.az valideynlər üçün əhəmiyyəti olmasını nəzərə alaraq onu təqdim edir:
Uşaqlıq dövründə müşahidə olunan klinik tablo digər dövrlərin klinik tablosundan fərqlənir. Uşaqlıq dövründəki emosional narahatlıqlar, yetkinlik dövrü ilə müqayisə olunduqda daha qısamüddətli və daha az spesifik olur.

Uşaqlıq dövründəki bəzi pozuntular gələcəkdəki inkişafa şiddətli dərəcədə təsir göstərir. Aparılan tədqiqatlardan birinin nəticəsinə əsasən uşaqlıq dövründə psixiatrik diaqnoz alan insanlar (5-17 yaş aralığında) xəstəxanaya yatırılan insanların 4-15 il sonrakı müşahidə müddətində həyatın daha erkən dövründə qeyri-təbii səbəblərlə ölmə göstəricisinin yüksək olduğu (normal nüfuzun təxminən 2 qatı) görülmüşdür. Problemli yeniyetmələrdə intihar riski uzun müddət davam edir və diqqətli bir müşahidəni və diqqəti tələb edir. İntihara meyilli düşüncələr uşaqlar arasında da az rastlanan vəziyyət deyil.
Uşaqlarda, inkişaf dövrlərində yaşanan problemlər zamanında həll olmadığı təqdirdə, inkişafın digər
mərhələlərində müxtəlif problemlər ortaya çıxır və psixoloji narahatlığın miqyası daha da böyüməyə başlayır. Bu halda ortaya çıxan problemləri davranış pozuntusu kimi dəyərləndiririk.
Diqqət çəkmək, valideynləri idarə etmək, intiqam hissi, yetərsizlik duyğusu (natamamlıq kompleksi)
Bəs, davranış pozuntusu olan uşaqlarla necə normal münasibət qurmalıyıq? – Qarşılıqlı hörmət, ona vaxt ayırmaq, cəsarətləndirmə, sevgini anlatmaq və paylaşmaq…