Putinin müharibə şəraitində andiçməsi – bu gün hansı mesajlar olacaq?backend

Putinin müharibə şəraitində andiçməsi – bu gün hansı mesajlar olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Putin andiçmə mərasimində Ukraynadakı hərbi əməliyyatlar barəsində mühüm bəyanatlar səsləndirəcək. Tribunainfo.az bildirir, Kreml lideri Qərb və NATO cəbhəsinə xəbərdarlıqlar edəcək. Xüsusən də fransız qoşunlarının Ukraynaya yerləşdirilməsi haqda Makronun çıxışına cavanı olacaq. Eyni zamanda, nüvə silahının sınaq təlimlərini yada salaraq Avropanı qorxuya, lərzəyə salmağa üstünlük verəcək. Bütün hallarda Rusiya prezidenti inauqurasiya mərasimində dünyaya və düşmənlərinə nümayiş etdirəcək ki, izqoy vəziyyətdə və müharibə şəraitində seçki keçirdi. Bu, Putinin daxildə sabitliyi göstərən addımı olacaq. Andiçmədə yalnız İttifaq dövlətinin lideri Lukaşenko iştirak edəcək. Rusiya ənənəvi olaraq inauqurasiyanı məhdud çərçivədə keçirir. Əslində, Kreml rəhbəri təhlükəsizliyi nəzərə alır. Beləliklə, 7 May üzərində Haaqa tribunalının həbs orderi olan Putin üçün müharibə şəraitində andiçmə günüdür.

Mirzə Həsənsoy