Dəhşətli olay: 5 yaşlı uşağını və həyat yoldaşını öldürdü, sonra isə…backend

Dəhşətli olay: 5 yaşlı uşağını və həyat yoldaşını öldürdü, sonra isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tekirdağın Süleymanpaşa rayonunda həyat yoldaşını və 5 yaşlı uşağını öldürən şəxs intihar edib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, vəziyyət qohumlarının 100. Yıl Məhəlləsindəki bir binada yaşayan Şirin ailəsindən xəbər ala bilməməsi nəticəsində yaranıb.

Polis qrupları Cevat Kurtulmuş küçəsindəki mənzilə getdi. Qapı açılmayanda çilingər vasitəsilə evə daxil olan qruplar içəridə hərəkətsiz vəziyyətdə olan biri uşaq olan 3 nəfəri görüblər.

Həkim qrupları hərəkətsiz vəziyyətdə yatan 5 yaşlı Ali Emre Şirin, Duyqu Şirin və Şenol Şirinin güllə yarası aldığını müəyyən edib.

Tekirdağ Polis İdarəsində texnik işləyən Şenol Şirinin həyat yoldaşını və oğlunu tapança ilə vuraraq intihar etdiyi müəyyən edilib.