Azpulmat vətəndaşları bezar edib – “Dosta zəng…”backend

Azpulmat vətəndaşları bezar edib – “Dosta zəng…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bank Olmayan Kredit Təşkilatı (BOKT) Azpulmat vətəndaşları bezar edib. Şirkət müştərilərin ona təqdim etdiyi yaxın adamların əlaqə nömrəsinə az qala hər həftə zəng edir və telefonda robot xəbərdarlıq çatdırır. Bu haqda Tribunainfo.az-a çoxsaylı müraciətlər var. Həmçinin, sosial mediada şikayətlər görmək olar. Belə ki, şirkət hər həftə onunla əlaqəsi olmayan insanları narahat edir, heç bir izah vermədən telefonda xəbərdarlıq çatdırılır və əlaqə itir. Vətəndaş bilmir ki, onun hansı yaxını şirkətdən pul götürüb və ödəmir. Sadəcə, ümumi xarakterli xəbərdarlıq olunur ki, “borcunu ödəməyən müştəri var, o sizin də telefon nömrənizi yaxın bir adam kimi verib, zəhmət olmasa həmin şəxsi məlumatlandırın və gəlib ödənişi etsin” . Təxminən bu məzmunda zənglər olur. Amma deyilmir ki, ödəniş etməyən kimdir… Ona görə də vətəndaşlar narazılıq edirlər ki, qeyri-müəyyən məsələ ilə bağlı niyə onlara telefon zəngi olmalıdır. Azpulmatdan bu zənglərə dair aydınlıq gətirilməsi istənilir.

Rüqəyya Aydın