Tərkibində kollagen olan 8 super qidabackend

Tərkibində kollagen olan 8 super qida

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollagen insan bədənində olan bir proteindir və bədənin ümumi protein tərkibinin təxminən üçdə birini təşkil edir, dəri, əzələlər, sümüklər və birləşdirici toxuma quruluşunu təmin edir. Son illərdə bunun üçün bir çox əlavələrdən istifadə edilmişdir. Lakin heç bir məhsula ehtiyac duymadan nizamlı və balanslı qidalanma ilə orqanizmin kollagen əmələ gəlməsinə kömək etməklə daha hamar dəriyə sahib olmaq mümkündür…
Tribunainfo.az Hürriyet-ə istinadən tərkibində kollagen olan 8 super qidanı təqdim edir.

Kollagen istehsalını artıran və tərkibində kollagen olan qidalar arasında sümük suyu və sakatat öndə gedir. Dərinin sağlamlığının inkişafına dəstək verən sümük suyu, oynaqların güclənməsinə kömək edir və eyni zamanda əzələ kütləsinin inkişafına kömək edir.

Lauren Manakar heyvan sümüklərinin kollagenin yüksək olduğunu və sümüklər suda qaynadıldığında kollagenin jelatinə çevrildiyini və bədən tərəfindən daha asan mənimsənildiyini izah edib.

Balıqlarda “dəniz kollageni” adlanan bir növ kollagen var . Dəniz kollageni, “Tip 1 kollagen” adlı dəri üçün faydalı olan bir quruluşa malikdir (bədəndəki kollagenin 90 faizini təşkil edir və dəri, sümüklər, tendon və bağlar üçün quruluş verir).

Toyuq əti, xüsusilə də toyuq qığırdaqları təbii kollagen mənbəyi kimi tanınır. Toyuq əti ümumiyyətlə ‘Tip 2 kollagen’ adlı bir maddə ehtiva edir (Qığırdaq toxumasının əsas komponenti olan Tip 2 kollagen, oynaqların sağlamlığı üçün vacibdir və oynaq qığırdaqlarının elastikliyini və davamlılığını təmin edir).

Mal əti və sümükləri zəngin kollagenin mənbəyi kimi tanınır. Xüsusilə biftekdə əhəmiyyətli miqdarda kollagen var.

Yumurta ağı kollagenin ən yaxşı mənbələrindən biri hesab olunur, çünki tərkibində qlisin və prolin də daxil olmaqla kollagen əmələ gətirən digər amin turşuları da var.

Tərkibində təbii kollagen olan qidalar arasında bəlkə də ən təəccüblü olanı sarımsaqdır… Yeməklərə ləzzət verməkdən daha çox iş görən sarımsaq kollagen istehsalını artıra bilir. Çünki sarımsağın tərkibində kükürd var ki, bu da orqanizmdə kollagen yaratmağa kömək edir.

Sitrus meyvələri və giləmeyvə bədənə kollagen yaratmağa kömək edir. Hər ikisi də bədənin kollagenin əmələ gəlməsinə kömək edən C vitamini ehtiva edir.