Nəhayət, HƏMAS dayandı! İsrail dayanmasa… – Politoloqbackend

Nəhayət, HƏMAS dayandı! İsrail dayanmasa… – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 6-da HƏMAS atəşkəsə razılaşdı. Lakin İsrail Rəfahda əməliyyatları davam edəcəyini açıqlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə hərəkatın Qəzzada atəşkəsə razılıq verməsindən sonra telefon danışığı aparıb. Türkiyə lideri oxşar qərarı İsraildən gözlədiyini vurğulayıb.

Tribunainfo.az-a danışan siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, İsrail adekvat qərar verməsə, HƏMAS döyüşləri bərpa edəcək. Onun fikrincə, HƏMAS əsirləri qaytarmağa razılaşsa, ÇAXAL dayana bilər. Ekspert Türkiyənin tutduğu mövqeni ədalətli adlandırıb. Bununla yanaşı, analitik İsrailin Rəfahda əməliyyatları davam etdirməsini vəziyyətin tündləşməsinə səbəb olacağını düşünür: “İsrail Qəzzanı tam demilitarizasiya etməyi hədəf seçib. Buna tam nail olmaq mümkün deyil. Rəfah tərəfdə dinc əhali var. Qərb də İsrailə çağırış edir ki, dayansın. Çünki əhali cənuba sığınıb. Hər halda, İsrail Qəzzanı darmadağın edib, HƏMAS isə məhv edə bilməyib. Bu münaqişə Fələstin dövləti qurulmadan həllini tapmayacaq”.

Mehdi Bəyaz