Çempionlar Liqasında möhtəşəm gecə: 4 qol vuldu, “Real”…backend

Çempionlar Liqasında möhtəşəm gecə: 4 qol vuldu, “Real”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

 Tribunainfo.az-ın məlumatına görə, ilk matçda “Bavariya” Almaniyada İspaniyanın “Real” klubunu qəbul edib.
Qarşılaşma heç-heçə başa çatıb – 2:2.
Madrid klubunda Vinisius Junior 24-cü dəqiqədə hesabı açıb. “Bavariya”da 53-cü dəqiqədə Leroy Sane, 57-ci dəqiqədə penaltidən Harri Keyn fərqləniblər. 83-cü dəqiqədə Vinisius Junior 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qoluna imza atıb.
Tərəflər arasında cavab görüşü mayın 8-də olacaq.
Qeyd edək ki, digər yarımfinal matçında Almaniyanın “Borussiya” (Dortmund) klubu Fransa çempionu PSJ-ni qəbul edəcək. Oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.