Premyer Liqamızda yeni mövsümün başlayacağı tarix bəlli oldubackend

Premyer Liqamızda yeni mövsümün başlayacağı tarix bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün start götürəcəyi vaxt bəlli olub.

TİA.AZ-ın məlumatına görə, Peşəkar Futbol Liqasının qərarına əsasən, yeni mövsüm avqustun 14-də başlayacaq.

Qeyd edək ki, 2021/2022 mövsümündə çempionatda “Neftçi”, “Qarabağ”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Qəbələ”, “Keşlə” və “Səbail” klubları mübarizə aparacaq.