PAŞİNYANIN QƏLƏBƏSİ AZƏRBAYCANA NƏ VERƏCƏK? –  ÜÇ EKSPERTİN FƏRQLİ ŞƏRHİbackend

PAŞİNYANIN QƏLƏBƏSİ AZƏRBAYCANA NƏ VERƏCƏK? – ÜÇ EKSPERTİN FƏRQLİ ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir və qonşularla münasibətlərin nizamlanmasında maraqlıdır”.
TİA.Az-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu yazıb. Onun fikrincə, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi seçkidə “Qarabağ klanına” “yox” deməklə həm də Rusiyaya “yox” dedi.
“Üçüncüsü, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi Qarabağa görə ölkələrini itirmək istəmirlər.


Bundan başqa Nikol Paşinyanın çox səs qazanmasında Bakı + Ankara + Tiflis + Vaşinqton + Brüssel kombinasiyasının da rolu oldu.
Seçkiyə bir neçə gün qalmış rəsmi Bakı Ağdam ətrafında mina xəritəsinin təqdim edilməsi müqabilində 15 erməni ölkəsinə təhvil verildi.
Bu Ermənistan əhalisinə mesaj idi ki, Paşinyan hakimiyyətinə davam edərsə ermənilərin bir qisminin də geri qaytarılması mümkündür.
Nikol Paşinyan bölgədə gerçək sülh və əməkdaşlıq istəyirsə, iki addımı atmağa da hazır olmalıdır: birincisi, Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımalıdır; ikincisi, Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır”.


Jurnalist Xaqani Səfəroğlu hesab edir ki, Cənubi Qafqazda sülh və sabitlik üçün unikal imkan yaranıb: “Azərbaycanın qalibiyyətlə dəyişdirdiyi bu status-kvo, “Şuşa Bəyannaməsi”, Ermənistanda son seçkilərin nəticələri və Türkiyənin bölgəyə daxil olması bu məkanda SSRİ dağıldıqdan sonra yaranan yeni “vitrindir”.
Koçaryanın məğlubiyyəti göstərdi ki, onun və Sarksiyanın haqqında deyilənlər “sabun köpüyü” olub. Erməni cəmiyyəti özünü “Qarabağ müharibəsinin qalibi” elan edən bu bədnam qatillərə deyil, korrupsiyadan azad, normal cəmiyyətə olan ümidini seçdi.
Bütün bu müstəvinin qurulmasında Azərbaycanın rolu misilsizdir. 44 günlük müharibə regionda siyasi vəziyyəti, Cənubi Qafqazda maraqlar savaşının prioritetlərini dəyişdirən vacib addım oldu”.


Siyasi şərhçi Azər Rəşidoğlunun fikrincə, Paşinyan ona lazım olan kart-blanşı qazandı: “Ən çətin məqamda, müharibədə məğlub olmuş, Qarabağı itirmiş vəziyyətdə seçkiyə getdi və qalib gəldi. Paşinyan Xocalı qatili Köçəryan və Sərkisyana qarşı savaşmırdı, Ermənistan siyasi, hərbi, kəşfiyyat və iqtisadiyyatına nəzarət edən Rusiyaya qarşı mübarizə aparırdı. Apardı və uddu. 1993-cü ildə Elçibəy yeni parlament seçkilərinə getmədi. Paşinyan isə bütün riskləri göz önünə aldı, xalqa söykəndi və bütün MDB məkanına təsir edəcək bir qələbə qazandı.
Ermənilər korrupsioner “Qarabağ klanı”na səs vermədi. Eyni zamanda, ermənilər “tolma naş” şüarını da artıq yemədi. Erməni cəmiyyətənə artıq Qarabağ lazım deyil və erməni KİV-in göz yaşları seçiciyə təsir etmədi.
Paşinyan və ona səs verən sadə ermənilər onlara lazım olmayan Qarabağ işğalından vaz keçməyin vacibliyini dərk elədi. Xalq artıq onlara laızm olmayan ideya uğrunda ölmək istəmir. Xalq revanşistlərə səs vermədi. Millətçi şüarlarla özləri milyardlar qazanıb, sadə insanları ölümə göndərənlərə nifrətini bildirdi.
Daha doğrusu, 44 günlük savaşdan ibrət aldı. İndi Paşinyanın qarşısında vəziyyəti gərginləşdirmək istəyən Köçaryan və dəstəsini darmadağın etmək, Türkiyə və Azərbaycanla barışıq imzalamaq missiyası durur”.

TİA.AZ