Məzun günü bu şərtlərlə keçirilə bilər – RƏSMİbackend

Məzun günü bu şərtlərlə keçirilə bilər – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi “Məzun günü”nün keçirilib-keçirilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrindən məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur. “Bununla bağlı bildiririk ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq tələbləri gözlənilməklə Məzun günləri təşkil edilə bilər”.