Litsey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlanıbbackend

Litsey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri elan edilib.

Təhsil İnstitutundan verilən məlumata görə, 17-27 avqust tarixlərində Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyə, Kimya biologiya təmayüllü Respublika liseyinə, S. Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya, S. Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyaya, A. S. Makarenko adına humanitar fənlər təmayüllü Respublika Gimnaziyasına və S.C. Pişəvari adına humanitar fənlər gimnaziyasına, eləcə də bölgələrdə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylərə qəbul imtahanı keçirilib.

Qəbul olan şagirdlər 10.09.2020-ci il tarixinədək müvafiq lisey və gimnaziyalarla əlaqə saxlayaraq qeydiyyatlarını təsdiqləməlidirlər. Nəticələr haqqında hər hansı sualı olan iştirakçılar 3 sentyabr tarixinədək müvafiq ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər.