Kəndləri qaytarmasaq, heç nəyə nail ola bilmərik – Paşinyanbackend

Kəndləri qaytarmasaq, heç nəyə nail ola bilmərik – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Armavir rayonunun Marqara kəndində evlərdən 50 metr aralıda Türkiyə və türk əsgərləri var, məqsədimiz (Tavuşada – red) eyni vəziyyəti yaratmaqdır”.
Bakupost.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan dünən Tavuş vilayətində sərhəd yaşayış məntəqələrinin sakinləri ilə görüşdə bildirib.
“Bizim istəyimiz və gözləntimiz bu vəziyyətdə birləşmək, hər şeyi anlayaraq addım-addım irəliləməkdir. Sizin pessimizmin əsassız olduğunu deyə bilmərəm, indiki vəziyyət heç bir nikbinliyə əsas vermir. Biz nikbinlik yaratmaq üçün irəli getməliyik”, – Paşinyan bildirib.
Paşinyan kənd sakinlərindən birinin “türklərə etibar etmək olmaz” fikri ilə razılaşdığını bildirib:
“Sən haqlısan. Ona görə də biz hamımız bunu etmək istəyirik. Biz qarşılıqlı öhdəlikləri ehtiva edən sənəd tələb edirik. Bunu etməsək, 100 faiz deyə bilərəm ki, təhlükəsizliyi təmin edə bilməyəcəyik. Proses davam etdikcə nikbinliyim artır. Bu yolla getməsək, heç nəyə nail ola bilməyəcəyik. Lakin bizim çox böyük şanslarımız var. Bu yolla nə qədər inamla getsək, nəticəyə nail olmaq şansımız bir o qədər çox olar”